ABŞ-la Çin arasında ticarət razılaşmasında yeni problemlar yaranıb

2019.11.20 13:48 (UTC+04:00)

"Honqkonqda keçirilən nümayişlərdə iştirakçılara güc tətbiq edilməsi Çinlə ticarət razılaşmasının imzalanmasını çətinləşdirə bilər". Bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens deyib: "ABŞ prezidentinin bu məsələdə qərarı qətidir. Əgər nümayişçilərə qarşı humanist və təmkinli davranış olmasa ticarət razılaşması imzalamağımız çətin olacaq".

Xatırladaq ki, ötən gün keçirilmiş nümayişlər zamanı yüzlərlə etirazçıya qarşı sərt tədbirlər görülüb və onlar xəstəxanalara yerləşdirilib.