Azərbaycan əmtəəlik qaz hasilatını artırıb

2019.11.20 12:18 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 31.216,2 min ton xam neft hasil edilib. Dövlət Statistika Komitəsinin hazırladığı hesabata görə, bu həcmin 31.141,1 min tonu əmtəəlik xam neft olub. Xam neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz azalıb.

Hesabat dövründə ölkədə 28.952,3 mln. kubmetr təbii qaz hasil edilib. Bu isə ötən ilin müvafiq dövründən 15,9 faiz çoxdur. Hesabat dövründə hasil edilən təbii qazın 19.925,2 mln. kubmetri əmtəəlik təbii qaz olub ki, bu da ötən ilin müvafiq dövründən 27,8 faiz çoxdur.