Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 6.900,3 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, bu, ötən ilin eyni dövrünə nisbətən 7,2 faiz çoxdur.
Son 1 ildə ölkədə istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 11,4 faiz artaraq 3.549,5 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 3,2 faiz artaraq 3.350,8 milyon manat olub.