Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 1.776,4 milyon manatlıq xidmət göstərib. Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunur ki, həmin xidmətlərin 72,7 faizi əhaliyə aid olub.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 10 ayı ərzində göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 16,1 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,7 faizi qeyri-dövlət sektorunun payına düşüb.