Azərbaycanda qızıl istehsalı artıb

2019.11.20 11:25 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 3.111,2 kq qızıl istehsal edilib. Dövlət Statistika Komitəsinin hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz çoxdur. Bu il noyabrın 1-nə ölkədə 149,7 kq hazır məhsul ehtiyatı yaranıb.

Bundan başqa, bu ilin 10 ayı ərzində Azərbaycanda 3.218,1 kq gümüş istehsal edilib ki, bu da illik müqayisədə 22,1 faiz çoxdur. Bu il noyabrın 1-nə ölkədə 36,3 kq hazır məhsul ehtiyatı yaranıb.