Azərbaycan əhalisinin nominal gəlirləri 47 milyard manata yaxınlaşır

2019.11.20 11:00 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 46.705,8 milyon manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub. Hesabatda qeyd olunur ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz çoxdur.

Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 6 faiz artaraq 4.719,2 manata çatıb.