Dövlət büdcəsində 840 milyon manat qalıq yaranıb

2019.11.20 10:51 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 19.273,9 milyon manat, xərcləri isə 18.433,6 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsi bununla bağlı hesabat hazırlayıb. Hesabata əsasən, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,8 faiz və 3,7 faiz çoxdur.

Son nəticədə büdcədə 840,3 milyon manatlıq qalıq yaranıb.