Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 4,5 milyon dolları ötüb. Bu barədə Moldovanın Milli Statistika Bürosundan məlumat verilib. Bildirilib ki, hesabat dövründə Azərbaycanın Moldovadan idxal etdiyi məhsulun dəyəri 4,1 milyon dollara yaxın olub. Azərbaycandan Moldovaya isə 497 min dollarlıq məhsul ixrac edilib.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 7 milyon dollara yaxın olub.