Dayanıqlı inkişaf məqsədləri və biznes mühiti

2019.11.20 10:39 (UTC+04:00)

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən "Qlobal Sahibkarlıq Həftəsi" çərçivəsində bu həftə ərzində silsilə tədbirlər keçirilir. ASK-dan bildirilib ki, qeyd olunan həftə çərçivəsində noyabrın 21-də "Dayanıqlı inkişaf məqsədləri (DİM) və Biznes mühiti" mövzusunda konfrans baş tutacaq. Konfransda Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə ASK tərəfindən sahibkarlar arasında sahibkarlığın və iqtisadi inkişafın müxtəlif parametrləri üzrə keçirilmiş sorğunun nəticələri ictimaiyyətə təqdim olunacaq və biznes mühiti müzakirə ediləcək.

Müzakirələrdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və ASK-ın digər sosial tərəfdaşları iştirak edəcək.