Böyük Britaniyanın Nazirlər Kabineti əcnəbilər üçün illik tibbi verginin məbləğini artıraraq 625 funt sterlinqə (800 dollar) çatdırmağı planlaşdırıb. Bu vergi Breksitdən sonra Avropa İttifaqının vətəndaşlarına da şamil ediləcək. "Buraya kənardan gələn vətəndaşlar ölkənin səhiyyə sisteminin əlavə xərclərini qarşılamaq üçün hər il 626 funt sterlinq vergi ödəməlidirlər", - Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab BBC telekanalına müsahibəsində bildirib.
Qeyd edək ki, Böyük Britaniyada əcnəbilər üçün tibbi sığorta 2015-ci ildən tətbiq edilir və illik məbləği əvvəlcə 200 funt sterliq (260 dollar) müəyyənləşdirilmiş, sonradan 400 funt sterlinqə (520 dollar) qaldırılmışdı. İndiki halda həmin vergi Avropa İttifaqının vətəndaşlarına şamil edilmir.