Alüminium və alüminium məmulatlarının ixracı artıb

2019.11.19 17:15 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında ölkədən 54 min 16 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub. "vergiler.az" Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, ixrac edilən alüminium və ondan hazırlanan məmulatların dəyəri 106 milyon 948 min ABŞ dollarıdır.

Xatırladaq ki, ötən ilin on ayında 102 milyon 664 min dollarlıq 44 min 933 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.