Azərbaycanda qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi dövriyyəsi açıqlanıb

2019.11.19 16:49 (UTC+04:00)

Bakı Fond Birjasında (BFB) on ay ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 12 milyon 138 min 920.065 manat təşkil edib. 2018-ci ilin analoji dövrü üzrə əməliyyatların həcmi 12 milyon 356 min 590,677 olub. BFB-dən bildirilib ki, yanvar-oktyabr aylarında dövlət qiymətli kağızların ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olunsa da, dövlət qiymətli kağızların təkrar bazarında ticarət həcmi 274 faiz, korporativ qiymətli kağızlar bazarında 24 faiz və repo əməliyyatlarında 76 faiz böyümə qeydə alınıb.

Oktyabr ayına Bakı Fond Birjasının kapitalizasiyası 3 milyard 379 milyon 167 min 202.20 manat təşkil edib.