Azərbaycanda yeni sənaye məhəllələrinin təşkili prosesi davam etdirilir. "APA -Economics"in məlumatına görə, artıq bununla bağlı xarici tərəfdaşlar cəlb olunub və dəyərləndirmə işləri aparılır. Bildirilir ki, hazırda Çin tərəfi Azərbaycanda sənaye zonasının yaradılmasına maraq göstərir və bu istiqamətdə də dəyərləndirmə işləri aparılır.
Qeyd edək ki, ölkə üzrə sənaye zonaları Mingəçevir, Neftçala, Masallı, Hacıqabul, Sabirabad, Sumqayıt, Pirallahı, Balaxanı və Qaradağda fəaliyyət göstərir.