Bu ilin yanvar-oktyabr aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 827 milyon 816,8 min dollar təşkil edib. Gürcüstanın Milli Statistika İdarəsinin hesabatına əsasən, bu ilin 10 ayı ərzində Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 8 faizə barabər olub.
Hesabat dövründə Azərbaycan Gürcüstanın Türkiyə, Rusiya və Çindən sonra dördüncü ən böyük ticarət tərəfdaşı olub.