ATV ilə Vergilər Nazirliyinin birgə layihəsi olan "İqtisadi zona" proqramının növbəti buraxılışında 2020-ci ilin dövlət büdcəsinin parlamentdə müzakirəsi, büdcədə nəzərdə tutulan gəlir və xərclər, respublikamızda orta əməkhaqqının 35 faiz qaldırılması, quş və heyvan ətinin daha dörd il ƏDV-dən azad edilməsi, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər, Bakı Dairəvi Dəmir Yolunun inşası, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əməkdaşlığı haqda süjetlər nümayiş etdirilib.
Proqramın qonağı əmlak eksperti Nüsrət İbrahimov ölkəmizdə inşa edilən uyğun qiymətli mənzillərin əldə edilməsi, eləcə də daşınmaz əmlak bazarının əsas təmayülləri ilə bağlı suallara aydınlıq gətirib.