Vergi orqanlarında könüllü fəaliyyətlə əlaqədar təlimlər keçirilir
2019.11.18 18:07 (UTC+04:00)
18-22 noyabr 2019-cu il tarixlərində ümumilikdə 41 nəfər könüllünün iştirakı ilə Vergilər Nazirliyinin Tədris Mərkəzində təlimlər təşkil olunmuşdur. Təlimlər aşağıdakı mövzular üzrə keçirilir:
- Azərbaycan Respublikası Vergilər Nazirliyinin fəaliyyətinin əsasları (Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə. Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə). Dövlət vergi orqanları, onların hüquq və vəzifələri;
- Dövlət vergi orqanları əməkdaşlarının etik davranış məsələləri. Daxili xidməti intizam və məsuliyyət məsələləri;
- Vergi orqanlarında məlumat təhlükəsizliyi;
- Könüllü fəaliyyətin məqsədi və motivasiya.
Təlimlərin son günündə könüllülər üçün imtahanın keçirilməsi nəzərdə tutulmuşdur.