Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib

2019.11.18 17:00 (UTC+04:00)

Noyabrın 18-də Vergilər nazirinin müavini Mətin Eynullayev Ağcabədi şəhərində Ağcabədi, Beyləqan, İmişli, Füzuli, Laçın və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib. Qəbulda vergi orqanlarında işlə təmin olunma, habelə vergi inzibatçılığı sahəsində vergi ödəyicilərinin qarşılaşdıqları bir sıra məsələlərlə bağlı müraciətlərə baxılıb.

Vətəndaşların müraciətləri dinlənilib, bəziləri yerindəcə həll olunub, digər məsələlər barədə nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.