Qırğızıstan hökuməti kiçik biznesi "kölgə"dən çıxarmağa çalışır

2019.11.18 13:49 (UTC+04:00)

Qırğızıstanda iri biznes vergilərin 77 faizini, orta biznes 5 faizini, kiçik biznes isə təxminən 18 faizini ödəyir. Baş nazir Muhammedkali Abılqazıyev parlamentdəki çıxışında bildirib ki, ölkədə mövcud olan 258 min vergi ödəyicisinin böyük əksəriyyətini – 98,1 faizini kiçik biznes nümayəndələri təşkil edir. "Bu, nədən xəbər verir? Ondan xəbər verir ki, vergi yükünün əsas ağırlığı iri vergi ödəyicilərinin üzərinə düşür. Kiçik biznes isə ölkə iqtisadiyyatı üçün öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmir. Ona görə də elektron fiskallaşdırma və şəffaflıq vergi daxilolmalarının strukturunda köklü dəyişikliklər etməyə imkan yaradacaq". Baş nazir qeyd edib ki, 2020-ci ildə Qırğızıstan hökumətinin fəaliyyətinin başlıca prioritet istiqamətlərinddən biri bu sahəyə yönəldiləcək.