Nigeriyada "evlilik vergisi" gənclərin evlənməsinin qarşısını alır

2019.11.18 13:20 (UTC+04:00)

Qərbi Afrika ölkələrindən olan Nigeriyanın Kano əyalətində yerli bələdiyyə rəhbərlərindən birinin evlənmək istəyən kişilərə vergi ödəmək məcburiyyəti qoyduğuna görə gənclərin evlənməkdən imtina etdikləri bildirilib. Yerli mətbuatın yazdığına görə, Kano əyalətinin Kera kəndinin bələdiyyə başçısı evlənmək istəyən kişilərə 137 min naira (377 dollar) vergi qoyub.

Gənclərin evlənmək üçün atmalı olduğu addımlar vergi ödəməklə bitmir. Evlənmək istəyən oğlan gəlinin ailəsinə mebel və mətbəx ləvazimatı da almalıdır. Vergi tətbiq edən bələdiyyə başçısı yerli qəzetə verdiyi açıqlamada vergini evliliyi zəmanət altına almaq üçün qoyduğunu və vergi məbləğinin o qədər də çox olmadığını bildirib.

Real mənzərə isə ürəkaçan deyil: vergi qərarı qüvvəyə minəndən sonra kənddə cəmi bir ailə qurulub.