On ay ərzində stasionar nəqletmə vasitələri ilə 34 milyon tondan çox məhsul göndərilib

2019.11.18 14:10 (UTC+04:00)

Yanvar-oktyabr aylarında stasionar nəqletmə vasitələri ilə Azərbaycandan 34 milyon 154 min 832 ton məhsul ixrac olunub. Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu nəqletmə vasitələri ilə idxal olunan məhsulun həcmi isə 1 milyon 19 min 576 ton təşkil edib.