Avtomobil nəqliyyatı ilə ölkəyə 2 milyon ton yük gətirilib

2019.11.18 11:37 (UTC+04:00)

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan avtomobil nəqliyyatı ilə 1 milyon 115 min 799 ton yük ixrac olunub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu nəqliyyat növü ilə ölkəyə gətirilən yüklərin həcmi isə 1 milyon 916 min 949 ton təşkil edib.