Gələn ildən Litva Respublikası 200 milyard avro məbləğində vəsaiti "kölgə"dən çıxartmağı planlaşdırır. Dövlət Nəzarəti rəhbərinin müavini xanım Jivile Simonaytite bildirib ki, Litva Respublikası bu sahədə fəal mübarizə tədbirləri görsə də, "kölgə iqtisadiyyatı" ilə əlaqədar dövlət büdcəsi hər il təxminən 1 milyard avro həcmində əlavə dəyər vergisini (ƏDV) itirir: "Son hesablamalara əsasən, 2017-ci ildə büdcədən 1,1 milyard avro ƏDV yayındırılıb. Halbuki həmin vəsaiti biz müxtəlif məqsədlər üçün sərf edə bilərdik". Xanım Jivile Simonaytitenin sözlərinə görə, Litvada "kölgə iqtisadiyyatı"na qarşı 36 metodla mübarizə aparılır. Həmin göstərici Latviyada 35, Polşada 20, Estoniya və Çexiyada 13, İsveçdə isə cəmi 8-dir.