Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artıb

2019.11.16 17:55 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2.440.455,57 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 448.366,05 min dollar və ya 22,5 faiz çoxdur. Dövlət Gömrük Komitəsinin hesabatına görə, ixracın həcmi 60.094,17 min dollar və ya 11,8 faiz artaraq 570.078,77 min dollara, idxalın həcmi isə 388.271,88 min dollar və ya 26,2 faiz artaraq 1.870.376,80 min dollar təşkil edib.