Ölkəyə cari ildə buğda və ət idxalı artıb

2019.11.16 17:09 (UTC+04:00)

Yanvar-oktyabr aylarında Azərbaycana 1 milyon 371 min 22 ton buğda idxal edilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idxal edilən buğdanın dəyəri isə 294 milyon 985 min ABŞ dolları olub.

Xatırladaq ki, keçən ilin eyni dövründə ölkəyə 176 milyon 5 min dollarlıq 939 min 22 ton buğda gətirilib. Hesabat dövründə ölkəyə 64 milyon 172 min ABŞ dollar dəyərində 41 min 786 ton ət idxal edilib.

Qeyd edək ki, ötən ilin müvafiq aylarında ölkəyə 57 milyon 220 min dollarlıq 38 min 829 ton ət idxal edilib.