Vaşinqtonda "Əsrin müqaviləsi"nə dair forum keçiriləcək

2019.11.16 15:58 (UTC+04:00)

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə "Əsrin müqaviləsi: 25 illik uğurlu fəaliyyət" adlı forum keçiriləcək. Neft və qaz sənayesinin gələcəyinə dair müzakirələrin aparılacağı tədbirdə nəhəng enerji şirkətlərindən yüksək səviyyəli nümayəndələri iştirak edəcək. Forumda Energetika naziri Pərviz Şahbazovun da iştirakı nəzərdə tutulur.

Xəzər Siyasət Mərkəzi qlobal enerji iqtisadiyyatını və qlobal enerji bazarını formalaşdıran texnologiyalar, siyasət və tədarük dəyişikliklərini araşdırmaq üçün nazir səviyyəsində nümayəndələri, iş adamlarını və rəhbər şəxsləri bir araya gətirir.

Forum Xəzər regionunun neft sektorundakı nailiyyətləri qeyd etmək və mühüm işgüzar əlaqələrin qurulması üçün ideal platforma olacaq. Tədbir ABŞ və Xəzər regionu arasında qarşılıqlı əməkdaşlıq üçün fürsətlər yadacaq.