Azərbaycanın dənli bitki toxumlarının idxalından asılılığı azalır

2019.11.15 18:20 (UTC+04:00)

Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə Qobustan rayonunda illik istehsal gücü 3.000 ton olan dənli bitkilərin emalı zavodu tikilir. Smeta dəyəri 3 milyon 800 min manat olan emal zavodu 1,9 hektar ərazini əhatə edir. Zavodun ərazisində ikimərtəbəli inzibati bina, nəzarət buraxılış məntəqəsi, 1.000 kvadratmetr sahəsi olan taxıl təmizləmə bloku, toxum üçün 2 ədəd 1.000 tonluq, 2 ədəd 500 tonluq silo, 50 tonluq taxıl bunkeri, yükləmə və daşıma üçün qurğu və elevatorlar, 100 tonluq tərəzi, hər biri 100 kubmetr su tutan 2 su anbarı inşa edilib.

Emal zavodunun ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Burada 14 daimi iş yeri açılacaq.