Ölkəyə avtomobil idxalı 2 dəfəyə yaxın artıb

2019.11.15 17:25 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 35.457 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16.121 ədəd və yaxud 83,4 faiz (2 dəfəyə yaxın) çoxdur.

Son bir ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 262 ədəd və yaxud 2,5 dəfə artaraq 441 ədəd, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 14.589 ədəd və yaxud 84,1 faiz artaraq 31.934 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 1.212 ədəd və yaxud 70,4 faiz artaraq 2.934 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 58 ədəd və yaxud 64,4 faiz artaraq 148 ədəd olub.