Azərbaycana gətirilən ət, süd, kərə yağı və meyvə-tərəvəzin idxalı artıb

2019.11.15 16:58 (UTC+04:00)

Dövlət Gömrük Komitəsi 2019-cu ilin oktyabr ayında ölkəyə ən çox idxal olunan malların siyahısını açıqlayıb. "vergiler.az" xəbər verir ki, idxalın həcmi 11 milyard 455 milyon 325,96 min dollar olub. Bunun 2 milyard 132 milyon 027,32 min dolları maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrinin payına düşüb. İdxal olunan yeyinti məhsullarının ümumi dəyəri isə 1 milyard 342 milyon 155,93 min dollar təşkil edib.

Oktyabrda Azərbaycana idxal olunan nəqliyyat vasitələri və onların hissələrinin ümumi dəyəri 988 milyon 642,17 min dollar olub. Qara metallar və onlardan hazırlanan məmulatların ümumi dəyəri isə 849 milyon 621,72 min dollara çatıb. Siyahıdan bəlli olur ki, ötən ilin oktyabr ayı ilə müqayisədə ölkəyə gətirilən ət, süd, kərə yağı, meyvə-tərəvəz idxalı artıb.

Siyahı ilə daha ətraflı buradan tanış ola bilərsiniz.