Xarici ticarətlə məşğul olan fiziki şəxslərin sayı 2 dəfədən çox artıb

2019.11.15 16:41 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 190 ölkə ilə ticarət əməliyyatı aparıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 12 ölkə və yaxud 6,75 faiz çoxdur.

Son 1 ildə Azərbaycanda xarici ticarət iştirakçılarının sayı isə 82,4 faiz və yaxud 2 dəfəyə yaxın artaraq 35.261-ə çatıb. O cümlədən xarici ticarətlə məşğul olan fiziki şəxslərin sayı 2,1 dəfə artaraq 27.156-ya, hüquqi şəxslərin sayı isə 22,1 faiz artaraq 8.105-ə çatıb.