Kimya sənayesi məhsullarının ixracının həcmi 2 dəfədən çox artıb

2019.11.15 16:37 (UTC+04:00)

Yanvar-oktyabr aylarında ölkədən 433 min 727 ton kimya sənayesi məhsulları göndərilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ixrac edilən kimya sənayesi məhsullarının dəyəri isə 86 milyon 582 min ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin müvafiq dövründə ölkədən ixrac olunan 201 min 420 ton kimya məhsulunun dəyəri 63 milyon 855 min dollar təşkil etmişdi.