"Azexport"da sifarişlərin məbləği 1,5 milyard dollara çatıb

2019.11.15 14:50 (UTC+04:00)

İlk dəfə Azərbaycan məhsullarını vahid məkan üzərindən beynəlxalq elektron ticarət platformalarında təqdim edən "Azexport" portalına 2017-ci ildən bəri daxil olan ixrac sifarişlərinin məbləği 1,5 milyard ABŞ dollarına çatıb. Portal "Made in Azerbaijan" məhsullarının beynəlxalq elektron ticarət platformalarında təmsil olunma səviyyəsini 3.000 dəfə artırıb. "Azexport"un fəaliyyətə başlamasına qədər ixrac potensiallı sahibkarların elektron kommersiya imkanlarından istifadəsi 3 faiz olduğu halda, 2019-cu ildə bu rəqəm 28 faizə çatıb.

Bu günə qədər "Azexport" portalına dünyanın 150 ölkəsindən 35 mindən artıq sifariş daxil olub. Portalın təqdim etdiyi sərbəst satış sertifikatı vasitəsilə ixracatçılar 54 yeni ölkə bazarına çıxış əldə ediblər.

Azexport.az portalının uğurlarına həsr olunan video icmalla bu linkdən tanış ola bilərsiz:

https://www.youtube.com/