Almaniyada "həmrəylik vergisi" qismən ləğv edilir

2019.11.15 13:48 (UTC+04:00)

Ölkənin Federal Məclisi (Bundestag) ölkədəki vergi ödəyicilərinin 90 faizinin 30 ildir tətbiq olunan "həmrəylik vergisi"ndən azad edilməsi barədə qərar çıxarıb. Yeni qaydalara görə, Demokratik və Federal Almaniyanın birləşməsindən sonra 1991-ci ildə Şərqi Almaniyanın inkişafına kömək etmək məqsədilə qüvvəyə minmiş "həmryəlik vergisi" bundan sonra əhalinin yalnız yüksək gəlir əldə edən 10 faizlik bölümünə şamil ediləcək.

Qeyd edək ki, indiyədək Almaniyada işləyənlərin və müəssisələrin gəlirinin 5,5 faizi "həmrəylik vergisi"nə cəlb edilirdi. Almaniya hökumətinin həmin vergini ləğv etməkdə məqsədi həm ölkəyə daha çox sərmayə cəlb etmək, həm də işləyənlərin vergi yükünü yüngülləşdirməkdir.