Vergi Məcəlləsinə görə aşağıdakılar əsas vəsaitlər hesab olunur:
Bəs əsas vəsaitlərin alınmasına çəkilən xərclərin gəlirdən çıxılmasına icazə verilirmi?
Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir.
Misal. Tutaq ki, hüquqi şəxs cari ildə kuryer şirkəti üçün 10.000 manata avtomobil almış, bu nəqliyyat vasitəsinin gətirilməsinə 2.000 manat xərc çəkmişdir. Bu halda əsas vəsaitin dəyərini 12.000 (10.000 + 2000) manat təşkil edir. Bu xərclər birbaşa gəlirdən çıxıla bilməz, ancaq amortizasiya ayırmaları şəklində çıxıla bilər.
Mahiyyətindən asılı olaraq əsas vəsaitin alınmasına çəkilən inzibati xərclər tam çıxılan, qismən çıxılan və çıxılmayan xərclər ola bilər. İnzibati xərclər - müəssisənin əməliyyat və istehsal fəaliyyətinə aid olmayan məsrəflərdir. İnzibati xərclərə aşağıdakıları aid etmək olar:
Əsas vəsaitlər əvəzsiz olaraq verildikdə, onun dəyərinin müəyyənləşdirilmə prosesi belə gedir. Dövlət orqanlarından maddi yardım kimi, digər müəssisə və şəxslərdən isə əvəzsiz alınmış əsas vəsaitlərin dəyəri ekspert yolu ilə, yaxud qəbul-təhvil sənədlərindəki məlumatlar əsasında müəyyən edilir. Əvəzsiz maliyyə yardımı şəklində alınan əsas vəsaitlərin ilkin dəyərini ekspertlər onların uçota götürüldüyü tarixə bazar qiyməti ilə təyin edilir. Qeyd edək ki, bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir.
Hazırladı:
Fəxriyyə İKRAMQIZI