Noyabrın 26-da 2020-ci il üçün büdcə zərfinə daxil olan sənədlər II oxunuşda müzakirə olunacaq

2019.11.15 11:32 (UTC+04:00)

Milli Məclisin noybarın 26-da keçirilməsi nəzərdə tutulan plenar iclasında 2020-ci il üçün büdcə zərfinə daxil olan sənədlərin II oxunuşda müzakirə olunacağı məlum olub.

Qeyd edək ki, büdcə zərfinə "2020-ci il dövlət büdcəsi haqqında", "2020-ci il üçün yaşayış minimumu haqqında", "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında", "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında", "Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında", "İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında" qanun layihələri daxildir.