Azərbaycanın bank sektoruna kapital qoyuluşu artıb

2019.11.14 12:07 (UTC+04:00)

"2019-cu ilin əvvəlindən Azərbaycanın bank sektorunda 1,9 milyard manat kapital inyeksiyası həyata keçirilib". Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədr əvəzi İbrahim Alışov məlumat verib: "Hazırda ölkədəki 30 bankın 14-də xarici kapital mövcuddur və ineksiya edilən 1,9 milyard manat kapitalın 1 milyard manatı xarici kapitallı bankların payına düşüb. Bunun 800 milyon manatı yeni ("Fresh") kapitaldır".

"2017-ci ilin II yarısından başlayaraq Azərbaycanda bank əmanətlərinin azalması dayanıb və əmanətlər artmağa başlayıb. Həmin vaxtdan bank sektorunda ilkin müsbət trendlərin şahidi olduq. Təbii ki, 2017-2019-cu illərdə aparılmış instusional və hüquqi islahatlar, kapitallaşma problemlərinin aradan qaldırılması bank sektorunun ölkə iqtisadiyyatına verə biləcəyi rol növbəti dövrlərdə bank-biznes münasibətlərini yeni müstəviyə çıxardı", - İ.Alışov əlavə edib.