Vergi islahatlarının praktiki aspektləri mövzusunda təlim keçiriləcək

2019.11.14 11:45 (UTC+04:00)

Dekabrın 3-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi və "PricewaterhouseCoopers Audit Azerbaijan LLC"("PWC") şirkətinin iştirakı ilə "2019-cu ildə keçirilmiş vergi islahatının praktiki aspektləri" mövzusunda təlim keçiriləcək. ASK-dan bildirilib ki, "Landmark" otelində keçiriləcək təlimi "PWC"nin əməkdaşı aparacaq.

Təlim yalnız ASK-nın üzvləri üçün nəzərdə tutulur. Qeydiyyat üçün sahibkarliq.typeform.com linkinə daxil olmaq lazımdır.