Azərbaycanda gələn il üçün ehtiyac meyarının məbləği məlum olub. Bu, büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində nəzərdə tutulur.
Qeyd edək ki, ölkədə 2020-ci il üçün yaşayış minimumunun məbləği də məlum olub. Büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsinə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat və uşaqlar 170 manat məbləğində müəyyən edilib.