"Nağdsız cəmiyyət günləri" çərçivəsində Azərbaycan Banklar Assosiasiyası (ABA), Maliyyə Bazarlarına Nəzarət Palatası və "Goldenpay" ASC-nin birgə təşkilatçılığı ilə keçirilən "Nağdsız ödəyən qazanır!" stimullaşdırıcı kampaniyası başa çatıb. ABA-dan bildirilib ki, layihə müddətində "Hesab.az" istifadəçilərinə 11 bank tərəfindən 3.500-dək pulsuz plastik bank kartları və stikerləri təqdim edilib.
Xatırladaq ki, layihə çərçivəsində "Hesab.az" ödəniş portalı üzərindən nağdsız ödənişlər edən müştərilərə "Dərhal dəyiş" bölməsində bankların müxtəlif prestij səviyyəsində olan kart və stikerləri əlavə ödəniş olmadan müəyyən bonus qarşılığında əldə etmə şansı verilmişdi. Layihənin tərəfdaşları "Azərbaycan Beynəlxalq Bankı" ASC,"Bank of Baku" ASC, "Bank Avrasiya" ASC, "Bank Respublika" ASC, "Expressbank" ASC, "NBC Bank" ASC, "Xalq Bank" ASC, "Rabitəbank" ASC, "Unibank" ASC, "VTB Bank (Azərbaycan) ASC və "Turanbank" ASC olub.