Azərbaycan Prezidenti Rusiya Federasiyası, İran İslam və Misir Ərəb respublikalarından olan nümayəndələrlə görüşüb

2019.11.13 17:28 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Rusiya Federasiyasının Federasiya Şurasının sədr müavini İlyas Umaxanovu, Rusiya Federasiyasının Federasiya Şurasının Regional məsələlər üzrə komitəsinin sədri Sergey Melikovu, Dağıstan Xalq Məclisinin sədri Xızrı Şıxsəidovu və Dağıstan Xalq Məclisi sədrinin müşaviri Məhəmməd Qurbanovu qəbul edib.

Həmin gün dövlət başçısı İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkmanın başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.

Sonra Azərbaycan Respublikasının Prezidenti Misir Ərəb Respublikasının Nümayəndələr Palatası sədrinin birinci müavini Əl-Seyyid Mahmud əl-Şərifin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, xarici qonaqlarla söhbət zamanı ölkələrimiz arasında enerji, ticarət və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsində dövlət başçıları arasında mütəmadi olaraq keçirilən görüşlərin əhəmiyyəti qeyd edilib, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.