2040-cı ilə qədər qlobal neft hasilatı 10 faiz, təbii qaz istehsalı isə 40 faiz artacaq. Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir. Bildirilir ki, mövcud siyasət davam edəcəyi təqdirdə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) qlobal neft istehsalındakı payı 39 faiz olacaq.
OPEC-ə üzv ölkələrin neft istehsalı 2040-cı ildə gündəlik 45,9 milyon barrelə, qlobal neft hasilatı isə sutkada 117,7 milyon barelə çatacaq.
Keçən il 3,9 trilyon kubmetr olan qlobal təbii qaz hasilatı 2040-cı ildə 5,9 trilyon kubmetrə yüksələcək.