Ödənişlərin rəsmiləşdirilməsi "kölgə iqtisadiyyatı"nın qarşısını almaqda bizə kömək edə bilər

2019.11.13 11:15 (UTC+04:00)

"Gələn ildən Azərbaycanda icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqindən sonra işləməyən şəxslərin və aztəminatlı ailələrin necə sığorta olunması məsələsi insanları daha çox narahat edir". Bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov deyib: "İcbari tibbi sığortanın tətbiqindən sonra əmək haqları yüksək və əmək haqları aşağı olan vətəndaşlar arasında bir fərq olacaqmı? Azərbaycan Konstitusiyasının 149-cu maddəsində də deyilir ki, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə, yəni bərabər mənafelərə bərabər münasibətə əsaslanmalıdır".

O qeyd edib ki, bu məsələnin qısa müddət ərzində həllini tapması gələcək işin daha da planlı şəkildə həyata keçirilməsinə yardım edəcək: "Standart tibbi sığorta paketindən əlavə, insanların istəklərinə uyğun xəstəxana və həkim seçimi zamanı rəsmi ödəmələrin nəzərdə tutulması da çox vacibdir. Bu, "kölgə iqtisadiyyatı"nın qarşısının alınmasında bizə kömək edə bilər. Qısamüddətli və uzunmüddətli qərarlar nə olur-olsun, səhiyyənin inkişafında atılan addımlara bütün səhiyyə işçiləri canla-başla hazırdırlar.