Yeni nəşrlər...

2019.11.13 10:18 (UTC+04:00)

İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin müəssisələrdə maliyyə əməliyyatlarının rəsmiləşdirilməsi qaydaları ilə bağlı "Rəsmi mühasibatlığın təşkili" adlı kitabı nəşr olunub. Kitab müəssisələrdə auditin tələblərinə uyğun tətbiq edilən mühasibat sənədlərinin tərtib olunması qaydaları və ardıcıllığı, o cümlədən kassa, bank, təhtəlhesab şəxslə əməliyyatların, əməkhaqqının, əsas vəsaitlərin, mal-materialların rəsmiləşdirilməsi məsələlərini əhatə edir.

İATM-in təqdim etdiyi daha bir nəşr "Beynəlxalq mühasibat uçotunun əsasları üzrə məsələlər və testlər toplusu"dur. Kitabda uçot və hesabata dair 100-dən çox məsələ, mühasibat uçotu üzrə 300-ə yaxın test yer alıb.