Ukrayna hökuməti vergiləri artırmayacağını vəd edir

2019.11.12 19:02 (UTC+04:00)

Ukraynanın 2020-ci il üzrə dövlət büdcəsində kəsirin azaldılması ilə yanaşı, vergi dərəcələrinin artırılmaması nəzərdə tutulub. Baş nazir Aleksey Qonçaruk öz "Facebook" səhifəsində qeyd edib: "Hökumət ilk dəfə olaraq vergilərin artırılmaması və büdcə kəsirinin azaldılması şərti ilə 2020-ci ilin dövlət büdcəsini ikinci oxunuşada qəbul edib... Borcların azaldılması üçün hər kəs borclarını ödəməlidir".

Büdcə layihəsini şərh edən A.Qonçaruk vurğulayıb ki, hökumət işləyənlər üçün maneçilik törətməməli, əksinə, vicdanlı və rəqabətə əsaslanan şərait yaratmalıdır və həqiqi ehtiyacı olanlara dəstək göstərməlidir. "Dövlətin ali dəyəri – ictimai kapitaldır, bütün nailiyyətləri ilə birgə insanlardır. Elə buna görə də biz gələn ilin dövlət büdcəsində insanlar üçün strateji əhəmiyyət daşıyan istiqamətlərin inkişafını önə çəkmişik".