"Bir kəmər, bir yol" inkişaf və dostluq layihəsidir

2019.11.08 14:32 (UTC+04:00)

Çinin təşəbbüsü ilə həyata keçirilən "Bir kəmər, bir yol" strategiyası inkişaf və dostluq layihəsidir. Bu layihə əlaqələrimizin inkişafında çox əhəmiyyətlidir və sürətlə ortaq gücə çevrilir. Bu fikirləri mətbuata açıqlamasında Çinin Beynəlxalq Ticarət Palatasının Şensi Alt Şurasının Prezidenti Süe Xua söyləyib. O, əminliklə bildirib ki, "Bir kəmər, bir yol" strategiyasını əhatə edən tranzit yol bütün qonşu ölkələr üçün cəlbedici olacaq.

Qeyd edək ki, Çinin Sian şəhərindən yola düşərək Bakı-Tbilisi-Qars dəmir yolu ilə Ankaraya çatan "China Railway Express" blok yük qatarı noyabrın 6-da Türkiyə paytaxtında təntənəli şəkildə qarşılanıb və buradan Avropaya yola salınıb. Bu münasibətlə Ankarada keçirilən mərasimdə Çindən geniş nümayəndə heyəti iştirak edib.