Çin ABŞ ilə tariflərin mərhələli şəkildə azaldılması barədə razılıq əldə edib

2019.11.08 13:48 (UTC+04:00)

Çin Ticarət Nazirliyinin nümayəndəsi Pekində təşkil edilmiş mətbuat konfransında bildirib ki, müzakirə aparan Çin və ABŞ təmsilçiləri son iki həftədə mühüm məsələlərin həlli üçün "konstruktiv və səmimi" görüşlər ortaya qoyublar. "Çin və ABŞ-dan olan müzakirəçilər razılaşmanı irəli aparmaq üçün əlavə vergiləri mərhələli şəkildə aradan qaldırmaq üçün razılığa gəliblər". Qeyd edilib ki, hər iki tərəfdən vergilərin eyni nisbətdə azaldılması qərara alınıb.

Çin rəsmisi: "Ticarət müharibəsi vergilərin artırılması ilə başladı, vergilərin ləğv edilməsi ilə də dayandırılmalıdır", - deyib.

Qeyd edək ki, Çin ilə ABŞ arasından 18 aydan bəri davam edən ticarət müharibəsi ABŞ Prezidenti Donald Trampın keçən ilin mart ayında Çindən idxal edilən bəzi məhsullara əlavə vergi tətbiq etməsi ilə başlamışdı.