"Petkim"in istehsalı 8, satışı isə 21 faiz artıb

2019.11.08 12:30 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Türkiyənin ilk və yeganə neft-kimya istehsalçısı olan "Petkim" neft-kimya kompleksində 2.573,035 min ton məhsul istehsal olunub. Həmin müddətdə satış miqdarı 1.763,766 min ton təşkil edib. "Petkim Holding"in yaydığı hesabata əsasən, bu ilin doqquz ayında "Petkim"də istehsalın həcmi ötən ilin müvafiq dövründən 8 faiz, satış miqdarı isə 21 faiz artıb. Hesabat dövründə istehsal gücündən istifadə göstəricisi 96,8 faiz olub. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 88,9 faiz təşkil edib.

Qeyd edək ki, "Petkim Holding" 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda "Petkim"in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub.