Transfer qiymətləri üzrə təhlillərin rəqəmsallaşdırılması aktuallaşıb

2019.11.08 11:01 (UTC+04:00)

- Cavid müəllim, seminarda iştirakınızın məqsədi, orada gündəliyə gətirilən məsələlər barədə nə deyə bilərsiniz?

- Seminarda mənim iştirakımın başlıca məqsədi təqbirə qoşulan ölkələrin və ekspertlərin transfer qiymətləri üzrə təhlil sahəsində təcrübələrini öyrənmək, əldə edilən təcrübəni transfer qiymətləndirmə sahəsində qanunvericilik bazasını təkmilləşdirmək və transfer qiymətləndirmə sahəsi üzrə həyata keçirilən yoxlamalarda tədbiq etmək idi.

Seminarda "Əməliyyatı müəyyənləşdirmə prosesi", "Müqayisə edilən şirkətlərin (əməliyyatların) axtarış təhlili" və "Təhlükəsiz liman (Safe harbour) anlayışı" mövzuları müzakirə olundu. Müzakirələr zamanı vurğulandı ki, əməliyyatın müəyyənləşdirilməsi zamanı bəzi şərtlərə və funksiyalara diqqət yetirmək lazımdır. Misal üçün, müqavilə şərtləri, funksional təhlil, xidmətlərin xüsusiyyətləri, iqtisadi şərtlər, biznes strategiyası, ticarət və maliyyə münasibətlərində risklərin təhlili kimi şərtlər və funksiyalar qeyd olundu.

"Müqayisə edilən şirkətlərin (əməliyyatların) axtarış təhlili" mövzusunda müzakirələr aparıldı. Qeyd olundu ki, müqayisə edilən şirkətlərin (əməliyyatların) axtarış təhlili doqquz addımdan ibarətdir. Bu mərhələrin praktiki tədbiqi ilə əlaqədar ölkələrin təcrübələri müzakirə edildi. OECD-nin "Transfer qiymətlənidirilməsi qaydaları"na əsasən, "Təhlükəsiz liman (Safe harbour)" - vergi ödəyicilərinin müəyyən bir kateqoriyasına və ya əməliyyatlara aid olan, uyğun vergi ödəyicilərini bir ölkənin ümumi transfer qiymətləndirmə qaydaları ilə müəyyən edilən öhdəliklərdən azad edən bir müddəadır. Hindistan nümayəndələri bu sahədə əldə etdikləri təcrübələri bölüşdülər. Qeyd edildi ki, 2018-ci ildən aşağıdakı əməliyyatlar üzrə "Təhlükəsiz liman" dərəcələrinə dəyişikliklər edilib:

- Transfer qiymətləri üzrə təhlillərin aparılması üçün hansı metodlardan istifadə edilir?

- OECD Qaydalarına və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, nəzarət olunan əməliyyatlar çərçivəsində transfer qiymətlərinin müəyyən edilməsinin beş üsulu var:

- Bu sahədə bu gün dünyada əsas trendlər nələrdir?

- Hazırkı təxminlərə görə, beynəlxalq ticarət əməliyyatlarının üçdəbiri transmilli şirkətlər daxilində aparılır. Transfer qiymətləndirmədən sui-istifadə edildiyinə görə dövlətlər hər il bir neçə yüz milyard ABŞ dolları vergi itirirlər. Son vaxtlar transfer qiymətləri üzrə təhlillərin aparılması sahəsində dünyada əsas trend kimi rəqəmsallaşdırmanı qeyd etmək olar. Bu trend həm vergi orqanlarına, həm də transmilli şirkətlərə aiddir. Misal kimi, mövcud məlumatların daha yaxşı istifadə və emal edilməsini, daha mürəkkəb təhlil aparmaqla daha sürətli həllər tapılmasını və manual proseslərin avtomatlaşdırılmasını qeyd etmək olar. OECD-nin Vergitutma Bazasının Aşınmasına və Mənfəətin Vergitutmadan Yayındırılmasına (Base Erosion and Profit Shifting, BEPS) qarşı tədbirlər planı təşəbbüsü nəticəsində maliyyə əməliyyatlarının transfer qiymətləndirilmə aspektlərinə dair son layihə sənədi hazırlanıb.

- Seminarda qaldırılmış məsələlərlə bağlı Azərbaycanın vergi sistemində hansı işlər görülüb?

- Bu cür tədbirlərin Azərbaycan üçün əhəmiyyəti böyükdür: qabaqcıl təcrübələrin mübadiləsi sayəsində itirilən vergilərin büdcəyə bərpa edilməsi üçün ən optimal yollar müəyyənləşdirilir. Belə tədbirlərdə əldə etdiyimiz təcrübələr və müzakirələrdə qaldırılan məsələlər nəzərə alınmaqla "Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları", eləcə də Transfer qiymətlərinə nəzarət üzrə Metodik Göstəriş" hazırlanıb və Vergilər Nazirliyi tərəfindən təsdiq olunub.