Yalan əqd üzərindən əməliyyat aparanlar üçün qanun sərtləşdiriləcək

2019.11.07 14:51 (UTC+04:00)

Bakı Hesabat Mərkəzinin direktoru, auditor Mehdi Babayev bildirib ki, həmin səbəblərdən bəzən təsisçilər təyin etdikləri rəhbərlik tərəfindən təqdim olunan maliyyə hesabatlarında əks olunan mənfəətdən dividend gözləyirlər. 2020-ci ildən Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər qəbul edilərsə, onların bu gözləntisi vergi öhdəliyi ilə əvəzlənə bilər: "Müəssisədə yalan əqd üzərindən əməliyyat aparan təsisçiləri belə aqibət gözləyir. 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minməsi gözlənilən "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində Vergi Məcəlləsinə 13.2.83-cü maddə əlavə edilib. Həmin maddə ilə müəssisə rəhbərlərinə və ya digər vəzifəli şəxslərə deyil, məhz müəssisənin (hüquqi şəxsin) mülkiyyətçilərinə öhdəlik qoyulur. Bu maddəyə yalan əqd bağlamaqla mənfəət (gəlir) əldə edən hüquqi şəxsin faktiki sahibi, o cümlədən, yalan əqd üzrə benefisiar (faydalanan şəxs) hesab ediləcək. Vergi öhdəliklərinin yerinə yetirilməsi Vergi Məcəlləsinin 78.4-cü maddəsində edilən yeni dəyişikliyə əsasən, belə mülkiyyətçinin (təsisçinin) üzərinə qoyula bilər".

M.Babayev hüquqi şəxslərin təsisçilərini, müəssisə mülkiyyətçilərini öz öhdəlikləri ilə bağlı idarəetmədə, əqdlərin bağlanmasında diqqətli olmağa çağırıb.