İndi Yer planetində ekoloji tarazlığın qorunması üçün müxtəlif yollar axtarılır. Bu yollardan biri də atmosferə zərərli qazların buraxılmasını azaltmaq üçün vergi tətbiq edilməsidir. Gözlənilir ki, ABŞ-ın Vaşinqton ştatı karbon oksidinin havaya atılmasına görə vergi tətbiq edilən ilk ştat olacaq. Sietl hazırda ABŞ-ın ən çirkli şəhərlərindən biri olaraq qalır. İqlim dəyişməsi ilə əlaqədar burada son vaxtlar meşə yanğınları da əlavə ekoloji problemlər yaradır. Ştatın vəziyyətinin sürətlə pisləşdiyinə görə şəhərin qanunverici orqanları yeni bir təşəbbüs üzərində iş aparırlar. Həmin layihəyə görə, qlobal istiləşmənin başlıca mənbəyi sayılan karbon qazının atmosferə buraxılmasına vergi qoyulacaq. Əgər bu təşəbbüs qəbul edilsə, Vaşinqton ən geniş yayılmış istixana qazına görə vergi tətbiq edən ilk Amerika ştatı olacaq.