Gələn ilin dövlət büdcəsinin layihəsində göstərilir ki, Özbəkistan hökuməti 2020-ci ildə mənfəət vergisinin dərəcəsini artırmağı planlaşdırır. Xatırladaq ki, bu ilin sentyabr ayında Prezident Şavkat Mirziyoyev Özbəkistan Respublikasının vergi siyasətinin daha da təkmiləşdirilməsi tədbirləri ilə bağlı fərman imzalamışdı. Həmin sənəddə 2020-ci ilin dövlət büdcəsi layihəsi hazırlanarkən hüquqi şəxslərin mənfəətindən tutulan gəlir vergisinin dərəcəsini saxlamaqla, mənfəət vergisinin baza dərəcəsinin 15 faiz həcmində nəzərdə tutulması Nazirlər Kabinetinə tapşırılıb.
Xatırladaq ki, hazırda Özbəkistanda mənfəət vergisinin baza dərəcəsi 12 faiz təşkil edir, gələn ildən isə 15 faizə qaldırılacaq.